Leandro Andrade "Qarabağ"da 60-cı qolunu vurub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
05 
may
2026
11:00
0
0
1 021
ff aaaaaaa

Leandro Andrade "Qarabağ"da 60-cı qolunu vurub

05 may, 2026
11:00
1 021

Leandro Andrade "Qarabağ"da 60-cı qolunu vurub

Leandro Andrade "Qarabağ"ın heyətində bütün turnirlər nəzərə alınmaqla 60-cı qolunu vurub.

"Sizinxeber.az" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XXX turunun "Turan Tovuz"la ev qarşılaşmasına (2:1) təsadüf edib.

L.Andrade 60-cı qolunu Ağdam klubunda çıxdığı 211-ci matçında vurub. O, Premyer Liqada 45 (135 oyunda), ölkə kubokunda 2 (20 oyunda), avrokuboklarda 13 (56 qoyunda) qola imza atıb.

Qeyd edək ki, Leandro Andrade "Qarabağ"da ilk qolunu 2022-ci aprelin 2-də "Səbail"lə (5:1) çempionat görüşündə vurub.

Bizimlə əlaqə saxlayın

×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul