05
may
2026
10:40
yuxarı
Goranboyda mikroavtobusla minik maşını toqquşub, 8 nəfər xəsarət alıb
Goranboyda mikroavtobusla minik maşını toqquşub, 8 nəfər xəsarət alıb
Goranboyda Ford markalı mikroavtobusla Ford markalı minik avtomobilli toqquşub.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə zamanı 8 nəfər xəsarət alıb.
Məlumata görə, hadisə səhər saatlarında Goranboy-Borsunlu-Gəncə magistral yolunda qeydə alınıb. Rayonun Veyisli kənd sakini 1986-ci il təvəllüdlü X.Cəfərovun idarə etdiyi "Ford Fusion" markalı minik avtomobili ilə Balakürd kənd sakini, 1990-cı il təvəllüdlü A.Nəbiyevin idarə etdiyi "QAZel" markalı mikroavtobus toqquşub.
Qəzada xəsarət alanların Goranboy sakinləri olduğu bildirilir.
Araşdırma aparılır.
