Lənkəranın bəzi yerlərində işıq olmayacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
05 
may
2026
09:30
0
0
1 142
ff aaaaaaa

Lənkəranın bəzi yerlərində işıq olmayacaq

05 may, 2026
09:30
1 142

Lənkəranın bəzi yerlərində işıq olmayacaq

Bu gün Lənkəran rayonunun bəzi yerlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə "Report"a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Lənkəran-2" yarımstansiyasından qidalanan 10 kV-luq 6 saylı şəhər hava xəttində təmir işi aparılacaq.

Bununla əlaqədar saat 12:00-dan 14:00-dək Heydər Əliyev prospekti, Anar Mahmudov, Paşa Təhməzov, Şəkər Aslan küçələri, həmçinin Raypo, Kiçik bazar yaşayış massivlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Bizimlə əlaqə saxlayın

×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul