"Tasnim": ABŞ SEPAH katerlərini yox, mülki şəxslərin qayıqlarını atəşə tutub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
05 
may
2026
07:30
ff aaaaaaa

"Tasnim": ABŞ SEPAH katerlərini yox, mülki şəxslərin qayıqlarını atəşə tutub

05 may, 2026
07:30
865

"Tasnim": ABŞ SEPAH katerlərini yox, mülki şəxslərin qayıqlarını atəşə tutub

ABŞ İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sürətli katerlərinin əvəzinə mülki şəxslərə aid 2 kiçik yük qayığını atəşə tutub.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə hərbi mənbəyə istinadən "Tasnim" məlumat yayıb.

"ABŞ SEPAH-ın sürətli katerləri əvəzinə açıq-aşkar bir cinayət törədərək mülki şəxslərə aid 2 kiçik yük qayığını atəşə tutub", - məlumatda bildirilib və əlavə edilib ki, nəticədə 5 dinc sərnişin həlak olub:

"Amerikalılar bu cinayətə görə mütləq cavab verməlidirlər".

Qeyd edək ki, mayın 4-də ABŞ hərbi helikopterlər vasitəsilə Hörmüz boğazında İranın 6 kiçik katerini batırdığını açıqlayıb. İran hərbçiləri isə bu iddiaları təkzib edib.

Bizimlə əlaqə saxlayın

×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul