"Mançester Siti" səfərdə "Everton"la heç-heçə edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
05 
may
2026
01:50
ff aaaaaaa

"Mançester Siti" səfərdə "Everton"la heç-heçə edib

05 may, 2026
01:50
987

"Mançester Siti" səfərdə "Everton"la heç-heçə edib

İngiltərə Premyer Liqasında XXXV tura yekun vurulub.

Apasport.az xəbər verir ki, turun son oyun günündə 2 qarşılaşma baş tutub.

Günün ilk matçında "Çelsi" doğma meydanda sürpriz şəkildə "Nottingem Forrest"ə məğlub olub: 1:3.

Günün son matçında çempionluq yolunda vacib görüş keçirilib.

"Mançester Siti" "Everton"un qonağı olub.

Azarkeşlərin 6 qola şahidlik etdiyi oyunda qalib müəyyənləşməyib: 3:3.

Bu nəticədən sonra "Siti" xallarının sayını 71-ə yüksəldib. Lider "Arsenal"dan 5 xal geri qalan Qvardiolanın yetirmələrinin ehtiyatında baş tutmamış 1 oyun var.

Təxirə salınan matçda "Siti" - "Kristal Pelas"la üz-üzə gələcək.

Qeyd edək ki, Premyer Liqada mövsümün başa çatmasına 3 tur qalıb.

Bizimlə əlaqə saxlayın

×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul