"Mançester Siti" çempionluq uğrunda "Arsenal"la mübarizədə xal itirib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
05 
may
2026
01:30
ff aaaaaaa

"Mançester Siti" çempionluq uğrunda "Arsenal"la mübarizədə xal itirib

05 may, 2026
01:30
872

"Mançester Siti" çempionluq uğrunda "Arsenal"la mübarizədə xal itirib

"Mançester Siti" İngiltərə Premyer Liqasının (İPL) 35-ci turunun səfər matçında "Everton"la heç-heçə edərək, cari mövsümdə çempionluq uğrunda Londonun "Arsenal" klubu ilə mübarizədə vacib xal itirib.

"Report" xəbər verir ki, Liverpuldakı "Hill Dikinson" stadionunda baş tutan görüş 3:3 hesabı ilə başa çatıb, eyni zamanda "şəhərlilər" matçın əsas vaxtına əlavə olunmuş sonuncu dəqiqədə məğlubiyyətdən xilas ola biliblər.

43-cü dəqiqədə Jeremi Doku hesabı açıb və "Siti"ni önə keçirib. 68-ci dəqiqədə Tyerno Barri cavab topunu vurub. 73-cü dəqiqədə Ceyk O'Brayen meydan sahiblərinin üstünlüyünü təmin edib. 81-ci dəqiqədə Barri dublunu rəsmiləşdirib. 83-cü dəqiqədə Erlinq Holann "şəhərlilər"in ikinci qolunu vurub. Doku 90+7-ci dəqiqədə tabloda bərabərliyi bərpa edib.

Bu oyundan sonra 48 xalı olan "Everton" İngiltərə çempionatının yüksək divizionunun turnir cədvəlində onuncu yerdə qərarlaşıb, 71 xalı olan "Mançester Siti" isə ikinci pillədədir.

"Siti"nin ehtiyatda bir oyunu var, lakin turnir cədvəlinə liderlik edən "Arsenal"la xal fərqi 5-ə yüksəlib.

Bizimlə əlaqə saxlayın

×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul