Pensiya alanları SEVİNDİRƏCƏK XƏBƏR - Yenidən artımlar olacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
may
2026
23:00
0
0
1 436
ff aaaaaaa

Pensiya alanları SEVİNDİRƏCƏK XƏBƏR - Yenidən artımlar olacaq

04 may, 2026
23:00
1 436

Pensiya alanları SEVİNDİRƏCƏK XƏBƏR - Yenidən artımlar olacaq

İşləyən pensiyaçıların pensiyalarında növbəti dəfə artım olacaq.

Sizinxeber.az xəbər verir ki, mövzu ilə bağlı danışan millət vəkili Vüqar Bayramov deyib ki, işləyən vətəndaşların pensiyalarında bu il iki dəfə artım mümkündür.

Onun sözlərinə görə, birinci artım pensiyaların indeksləşdirilməsi ilə bağlıdır.

İkinci artım isə işləyən pensiyaçıların fərdi pensiya kapitalının yenidən hesablanması ilə bağlıdır. Qanunvericiliyə əsasən, vətəndaş əmək fəaliyyətini davam etdirdiyi müddətdə onun fərdi hesabında pensiya kapitalı toplanır.

Beləliklə, əmək fəaliyyəti davam edən pensiyaçılar işləməkdə davam edərlərsə və 6 il iş müddəti bu il tamam olarsa, o zaman həm indeksasiya artımından, həm də yenidən hesablanma artımından faydalana bilərlər.

Xəzər TV-nin mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik:

Bizimlə əlaqə saxlayın

×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul