Kurban Berdıyev: "Futbolçularda həyəcan hiss olunurdu, bu səbəbdən qol fürsətlərini boşa verdilər" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
05 
may
2026
06:00
0
0
1 551
ff aaaaaaa

Kurban Berdıyev: "Futbolçularda həyəcan hiss olunurdu, bu səbəbdən qol fürsətlərini boşa verdilər"

05 may, 2026
06:00
1 551

Kurban Berdıyev: "Futbolçularda həyəcan hiss olunurdu, bu səbəbdən qol fürsətlərini boşa verdilər"

Misli Premyer Liqasının XXX turunda "Turan Tovuz"un futbolçularının "Qarabağ"la matçda boşa verdiyi qol fürsətləri həyəcanla bağlı idi.

"Sizinxeber.az" xəbər verir ki, bunu qərb təmsilçisinin baş məşqçisi Kurban Berdıyev sözügedən oyundan sonra baş tutan mətbuat konfransında deyib.

Mütəxəssis məğlub olduqları qarşılaşmanı şərh edib:

"Qarabağ"a qarşı ağır oyun keçirdik. Uzun müddət meydanda rəqibin üstünlüyü hiss olunurdu. İkinci yarıda buraxılan qollar məğlubiyyətin başlıca səbəbi oldu. Komandamda həyəcan hiss olunurdu. Boşa verilən fürsətlər də bununla bağlı idi. Əgər qol fürsətlərindən doğru yararlansaydıq, hesab başqa cür ola bilərdi".

Qeyd edək ki, "Qarabağ" - "Turan Tovuz" görüşü Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib.

Bizimlə əlaqə saxlayın

×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul