"Qarabağ"ın ulduzuna Avropadan təklif » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
05 
may
2026
05:40
0
0
1 139
ff aaaaaaa

"Qarabağ"ın ulduzuna Avropadan təklif

05 may, 2026
05:40
1 139

"Qarabağ"ın ulduzuna Avropadan təklif

"Qarabağ"ın qapıçısı Mateuş Koxalski mövsümün sonunda komandadan ayrılmağa yaxındır.

Sizinxeber.az İdmanxeber.az-a istinadən xəbər verir ki, 25 yaşlı qolkiper karyerasını ölkəsində davam etdirə bilər.

Onunla Polşanın "Vitsev Lodz" klubu ciddi şəkildə maraqlanır.

Sözügedən klub yanvarda qapıçını heyətinə qatmaq istəsə də, transfer baş tutmamışdı. Ancaq Polşa təmsilçisi təcrübəli qolkiperdən vaz keçmir.

Bildirilir ki, "Vitsev Lodz" Koxalskiyə yeni müqavilə təklifi hazırlayıb. 25 yaşlı oyunçu qərar üçün mövsümün sonunu gözləyir. Onun ölkəsində çıxış etməyə müsbət yanaşdığı da bildirilir. Koxalski daha əvvəl "Vitsev Lodz"dan təklif aldığını açıqlamış, lakin qışda ayrılmasına razılıq verilməmişdi.

Xatırladaq ki, polşalı qolkiper 2024-cü ilin avqustunda "Qarabağ"la 3+1 illik müqavilə imzalayıb.

Bizimlə əlaqə saxlayın

×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul