Premyer Liqa: "Qarabağ" "Turan Tovuz"a qalib gəldi » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
05 
may
2026
05:40
0
0
1 039
ff aaaaaaa

Premyer Liqa: "Qarabağ" "Turan Tovuz"a qalib gəldi

05 may, 2026
05:40
1 039

Premyer Liqa: "Qarabağ" "Turan Tovuz"a qalib gəldi

Misli Premyer Liqasının XXX turunda "Qarabağ" "Turan Tovuz"la qarşılaşıb.

Sizinxeber.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib.

Hesabı 50-ci dəqiqədə "köhlən atlar"ın heyətində cərimə zərbəsindən Leandro Andrade açıb. 4 dəqiqə sonra Mateus Silva fərqi iki topa yüksəldib. Qərb kollektivinin gücü təsəlli qoluna çatıb. 76-cı dəqiqədə Ayxan Hüseynov uzaq məsafədən vurduğu qüvvətli zərbə ilə yekun hesabı müəyyənləşdirib.

Çempionluq şansını itirən Ağdam təmsilçisi turnir cədvəlində (62 xal) ikinci pillədəki yerini möhkəmləndirib. Bununla da komanda üçüncü sırada yer alan Tovuz klubundan (56 xal) bir qədər də uzaqlaşıb.

Bizimlə əlaqə saxlayın

×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul