Qəbələdə WUF13 Festivalı keçirilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
may
2026
20:00
0
0
1 554
ff aaaaaaa

Qəbələdə WUF13 Festivalı keçirilib

04 may, 2026
20:00
1 554

Qəbələdə WUF13 Festivalı keçirilib

Mayın 4-də Qəbələ sakinləri və qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı baş tutub.

"Sizinxeber.az"un Şimal-qərb bürosunun məlumatına görə, festivalın ictimai proqramı Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndələri, rəsmi şəxslər və şəhər ictimaiyyətinin iştirakı ilə keçirilib.

İctimai proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılıb.

Həmçinin WUF13 və şəhərsalma mövzularında, eləcə də Qəbələ memarlıq abidələri barədə suallar təqdim olunaraq iştirakçılar arasında müsabiqələr təşkil edilib. Düzgün cavab verənlərə hədiyyələr təqdim edilib.

Proqram böyük maraqla qarşılanıb.

Bizimlə əlaqə saxlayın

×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul