SEPAH ABŞ Mərkəzi Komandanlığını təkzib edib: Hörmüz boğazından heç bir ticarət gəmisi keçməyib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
may
2026
18:50
0
0
1 029
ff aaaaaaa

SEPAH ABŞ Mərkəzi Komandanlığını təkzib edib: Hörmüz boğazından heç bir ticarət gəmisi keçməyib

04 may, 2026
18:50
1 029

SEPAH ABŞ Mərkəzi Komandanlığını təkzib edib: Hörmüz boğazından heç bir ticarət gəmisi keçməyib

Ötən saatlar ərzində Hörmüz boğazından heç bir tanker və ya ticarət gəmisi keçməyib.

“Tasnim”in xəbərinə görə, bu barədə SEPAH-ın İctimaiyyətlə əlaqələr şöbəsi bəyanat yayıb.

Bəyanatda ABŞ rəsmilərinin Hörmüz boğazından ABŞ-ın iki ticarət gəmisinin keçidinə dair iddiaları əsassız və yalan adlandırılıb.

“SEPAH Hərbi Dəniz Qüvvələri tərəfindən bəyan edilən prinsiplərə zidd hərəkətlər ciddi təhlükə ilə üzləşəcək və qanunu pozan gəmilər saxlanılacaq”, - SEPAH xəbərdarlıq edib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “Azadlıq Layihəsi” əməliyyatı çərçivəsində Hörmüz boğazından ABŞ-a məxsus ticarət gəmilərinin keçdiyini bildirib.

Bizimlə əlaqə saxlayın

×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul