Fitnes məşqçisindən külli miqdarda narkotik götürülüb - Əməliyyatın təfərrüatı » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
may
2026
18:00
0
0
1 176
ff aaaaaaa

Fitnes məşqçisindən külli miqdarda narkotik götürülüb - Əməliyyatın təfərrüatı

04 may, 2026
18:00
1 176

Fitnes məşqçisindən külli miqdarda narkotik götürülüb - Əməliyyatın təfərrüatı

Bakıda külli miqdarda narkotiklə tutulan fitnes məşqçisi Anar Mirbabayevə hökm oxunub.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətklər Məhkəməsində 44 yaşlı məşqçinin təqsirləndirildiyi proses başa çatıb.

O, Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma – külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinib.

Məhkəmənin hökmü ilə A.Mirbabayevə 3 il həbs cəzası verilib. Lakin himayəsində 2 azyaşlı uşaq olduğundan idmançının cəzası onun övladlarının 14 yaşını tamam etməsinədək təxirə salınıb. A.Mirbabayev məhkəmə zalından sərbəst buraxılıb.

Qeyd edək ki, A.Mirbabayev Bakıda fitnes zallarından birinə rəhbərlik edib. Onun müştəriləri arasında çoxsaylı tanınmış şəxslər, rütbəli zabitlər olub.

O da məlum olub ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla fitnes zalından külli miqdarda patı (metamfetamin) aşkar edilərək götürülüb.

Məhkəmə prosesində idmançının həyat yoldaşının 2 övladını tərk edərək getdiyi və onların rəsmi qaydada boşandığı da qeyd edilib.

Bizimlə əlaqə saxlayın

×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul