İran ordusunun ABŞ esmineslərinə xəbərdarlıq atəşi açmasının təfərrüatı bilinib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
may
2026
17:50
0
0
1 428
ff aaaaaaa

İran ordusunun ABŞ esmineslərinə xəbərdarlıq atəşi açmasının təfərrüatı bilinib

04 may, 2026
17:50
1 428

İran ordusunun ABŞ esmineslərinə xəbərdarlıq atəşi açmasının təfərrüatı bilinib

ABŞ-a məxsus esmineslər bir neçə saat əvvəl Oman dənizində radarlarını söndürərək Hörmüz boğazına yaxınlaşmağa cəhd edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran ordusu bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, həmin gəmilər radarlarını yenidən işə saldıqdan dərhal sonra aşkarlanıb və İran Hərbi Dəniz Qüvvələri tərəfindən atəşkəsin pozulmasının riskləri ilə bağlı radioqxəbərdarlıq edilib.

Bildirilib ki, ABŞ esminesləri buna məhəl qoymadıqdan sonra yenidən xəbərdarlıq edilərək Hörmüz boğazına daxil olmağa hər hansı cəhdin atəşkəsin pozulması kimi qiymətləndiriləcəyi və buna qarşılıq veriləcəyi açıq şəkildə bəyan edilib.

ABŞ esmineslərinin ilkin xəbərdarlığa məhəl qoymaması fonunda İran Hərbi Dəniz Qüvvələri tərəfindən gəmilərin ətrafına qanadlı raketlər, raketlər və döyüş PUA-ları atılıb.

İran ordusu bildirib ki, bu cür addımların məsuliyyəti və mümkün nəticələri qarşı tərəfin üzərinə düşür.

Haşim Rahimi

Bizimlə əlaqə saxlayın

×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul