Bu il Bakıda və regionlarda 74 əmək yarmarkası keçirilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
may
2026
17:50
0
0
1 066
ff aaaaaaa

Bu il Bakıda və regionlarda 74 əmək yarmarkası keçirilib

04 may, 2026
17:50
1 066

Bu il Bakıda və regionlarda 74 əmək yarmarkası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin ötən dövründə paytaxt və regionlarda 74 əmək yarmarkası təşkil olunub.

ƏƏSMN-dən APA-ya verilən məlumata görə, aktiv məşğulluq tədbirlərində işsiz və işaxtaran şəxslərə 643 işəgötürən tərəfindən 4715 vakansiya təqdim edilib, həmin vakansiyalara dair tələblər barədə məlumat verilib.

Bildirilib ki, müraciət edən şəxslərin CV-ləri işəgötürənlər tərəfindən qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər müsahibə mərhələsinə dəvət olunublar.

Qeyd olunub ki, tədbirlərdə işsiz və işaxtaran şəxslər Agentliyin icra etdiyi digər aktiv məşğulluq proqramları və bu proqramlara müraciət proseduru barədə məlumatlandırılıb.

Bizimlə əlaqə saxlayın

×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul