Yol polisi “Təmiz hava” aylığı ilə bağlı tədbir keçirib - VİDEO » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
may
2026
17:50
0
0
1 267
ff aaaaaaa

Yol polisi “Təmiz hava” aylığı ilə bağlı tədbir keçirib - VİDEO

04 may, 2026
17:50
1 267

Yol polisi “Təmiz hava” aylığı ilə bağlı tədbir keçirib - VİDEO

Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində “Təmiz hava aylığı” çərçivəsində maarifləndirici tədbir keçirib.

APA DİN-ə istinadən xəbər verir ki, tədbir zamanı nəqliyyat vasitələrinin texniki vəziyyəti yoxlanılıb, atmosferə normadan artıq zərərli maddələrin atılmasına səbəb olan nasazlıqların aradan qaldırılmasının vacibliyi diqqətə çatdırılıb.

Eyni zamanda, sürücülərlə profilaktik söhbətlər aparılıb, nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılmasının ətraf mühitin qorunması və insanların sağlamlığı baxımından əhəmiyyəti izah olunub.

Həyata keçirilən nəzarət-profilaktik tədbirlər çərçivəsində əsas diqqət yol hərəkəti iştirakçıları arasında məsuliyyətli davranışın formalaşdırılmasına, nəqliyyat vasitələrinin texniki sazlığının təmin olunmasına və ətraf mühitin mühafizəsinə yönəldilib.

Xatırladaq ki, ölkə ərazisində “Təmiz hava aylığı” ilə bağlı tədbirlər davam etdirilir.

Bizimlə əlaqə saxlayın

×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul