Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
may
2026
17:00
ff aaaaaaa

Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək

04 may, 2026
17:00
816

Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək

Türkiyə və Ermənistan tarixi Ani körpüsünü birlikdə bərpa edəcək.

Türkiyə mediasının xəbərinə görə, bu barədə 8-ci Avropa Siyasi Birliyinin Zirvə Toplantısında iştirak etmək üçün İrəvanda səfərdə olan Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz jurnalistlərə bildirib.

O, Türkiyənin bununla bağlı Ermənistanla müqavilə imzalandığını açıqlayıb.

Müqaviləni Türkiyənin Ermənistanla normallaşma prosesi üzrə xüsusi nümayəndəsi, səfir Sərdar Kılıç və Ermənistanın Türkiyə ilə normallaşma prosesi üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan imzalayıblar.

Cevdet Yılmaz Ermənistan Baş naziri Nikol Paşinyanla məhsuldar görüş keçirdiyini də vurğulayıb.

Bizimlə əlaqə saxlayın

×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul