Sahil Babayev: "Dünya və regiondakı proseslər Orta Dəhlizin artan əhəmiyyətini təsdiqləyir" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
may
2026
17:00
ff aaaaaaa

Sahil Babayev: "Dünya və regiondakı proseslər Orta Dəhlizin artan əhəmiyyətini təsdiqləyir"

04 may, 2026
17:00
943

Sahil Babayev: "Dünya və regiondakı proseslər Orta Dəhlizin artan əhəmiyyətini təsdiqləyir"

Hazırda müşahidə olunan qlobal və regional proseslər Azərbaycanın əsas rol oynadığı Orta Dəhlizin artan əhəmiyyətini vurğulayır.

"Sizinxeber.az"un Səmərqəndə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Sahil Babayev Asiya İnkişaf Bankının (ADB) Rəhbərlər Şurasının 59-cu illik iclası çərçivəsində rəhbərlərin işgüzar sessiyasında çıxışı zamanı bildirib.

"Son qlobal və regional hadisələr Azərbaycanın əsas rol oynadığı Orta Dəhliz təşəbbüsünün artan əhəmiyyətini vurğulayıb", - o deyib.

Onun sözlərinə görə, etibarlı və səmərəli ticarət marşrutu kimi dəhlizin strateji dəyəri getdikcə daha aydın görünür: "Bu dəhliz ticarət axınlarını şaxələndirmək və qlobal pozuntuları (tədarük zəncirindəki - red.) yumşaltmaq imkanı verir".

Bizimlə əlaqə saxlayın

×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul