04
may
2026
17:00
yuxarı
Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa etmək barədə razılığa gəliblər
Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa etmək barədə razılığa gəliblər
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Avropa Siyasi Birliyinin 8-ci Zirvəsi çərçivəsində İrəvanda olduğu zaman Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüş keçirib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Məlumata görə, tərəflər nəqliyyat, gömrük, enerji və rəqəmsal infrastruktur üzrə məsələləri müzakirə ediblər.
Həmçinin qeyd olunub ki, imzalanan memoranduma əsasən, Türkiyə və Ermənistan Ani Körpüsünün birgə bərpa edəcəklər.
Görüşdə regional sülh, dialoq və sabitlik əsasında Cənubi Qafqazda normallaşma prosesi, iqtisadi əməkdaşlığın artırılması və xalqlar arasında əlaqələrin gücləndirilməsi də müzakirə olunub.
