Özbəkistanda leysan neft anbarını zədələyib, sızma baş verib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
may
2026
16:00
0
0
1 047
ff aaaaaaa

Özbəkistanda leysan neft anbarını zədələyib, sızma baş verib

04 may, 2026
16:00
1 047

Özbəkistanda leysan neft anbarını zədələyib, sızma baş verib

Özbəkistanın Surxandərya vilayətində güclü yağışların səbəb olduğu sel neft anbarını zədələyib, bu isə sızmaya və tərkibində neft olan mayenin su yollarına axmasına səbəb olub.

"Report" vilayətin Ekologiya İdarəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Boysun rayonunun "Xonqaronsoy" ərazisindən axan çirklənmiş qarışıq su Bəndixan və Qumqurğan rayonlarına, Surxan çayına, eləcə də Carqurğan rayonundakı "Zəng" kanalı vasitəsilə Anqor rayonunun ərazisinə tökülüb.

Hazırda müvafiq xidmətlər suyun səthindən neft təbəqəsinin yığılması və neft məhsullarının axmasının qarşısını almaq üçün xüsusi maneələrin quraşdırılması istiqamətində işlər aparır. Çirklənmiş suyun təmizlənməsi və zərərsizləşdirilməsi üçün xüsusi texnika cəlb edilib.

Hadisə faktı üzrə yoxlama aparılır, hadisənin səbəbləri, dəyən ziyanın miqyası müəyyənləşdirilir və məsul qurumların, o cümlədən "Surxan Gas Chemical Operating Company" birgə müəssisəsinin fəaliyyətinə hüquqi qiymət verilir.

Bizimlə əlaqə saxlayın

×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul