Sizinxeber.az – Azərbaycan Xəbərləri

Qurban Qurbanov: “Arsenal”ın gücü hamıya bəllidir

Qurban Qurbanov: “Arsenal”ın gücü hamıya bəllidir
0 dəfə Baxılıb
13 Dekabr 2018 - 10:40

Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və müdafiəçi Maksim Medvedev “Arsenal”la oyun öncəsi mətbuat konfransına qatılıb.

Oxu.Az xəbər verir ki, “Qarabağ” Azərbaycandan Londona jurnalist aparmadığından və yerli media da Ağdam təmsilçisinin konfransına maraq göstərmədiyindən, Qurbanov və Medvedev fikirlərini cəmi üç media əməkdaşı qarşısında bildirməli olub.

“Qrup mərhələsində sonuncu oyunumuzdur, rəqibimiz isə İngiltərənin köklü klublarından olan “Arsenal”dır və gücü hamıya bəllidir. Bilirik ki, rəqib bu mövsüm çox yaxşı nəticələr göstərir və İngiltərə nəhənglərindən biridir. Sabah da yaxşı çıxış etmək üçün meydana çıxacağıq və çalışacağıq ki, ən yaxşı formada özümüzü göstərək”, – deyə Qurban Qurbanov bildirib.

Maksim Medvedev də təxminən eyni cümlələr işlədib:

“Arsenal”ı xüsusi təqdim etməyə ehtiyac yoxdur. Sabahkı oyun nəticə baxımından ola bilər ki, o qədər də əhəmiyyət daşımır. Buna baxmayaraq, meydana çıxıb əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Bizi çətin və maraqlı 90 dəqiqə gözləyir”.

Qeyd edək ki, bu gün “Emireyts” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə 00:00-da start götürəcək.

 

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]