SON DƏYQƏ

Sizinxeber.Az Milli Xəbər Portalı

Pompeonun köməkçisi Qarabağ danışıqları barədə məlumatlandırıldı

Pompeonun köməkçisi Qarabağ danışıqları barədə məlumatlandırıldı
Bu haber 06 Aralık 2018 - 23:33 'da əlavə olunub və Baxış Sayı 8

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Uess Mitçel ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyası çərçivəsində keçirilən görüş zamanı Azərbaycan və ABŞ arasında mövcud olan tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə edilib, ikitərəfli əməkdaşlıq gündəliyinin bir çox məsələləri üzrə fikir mübadiləsi aparılıb.

E. Məmmədyarov qarşı tərəfə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların son vəziyyəti, dekabrın 5-də ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistan xarici işlər naziri ilə Milanda baş tutan görüşü barədə məlumat verib.

Sonra nazir Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm enerji və nəqliyyat layihələri, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Cənub Qaz Dəhlizi layihələrindən bəhs edib və bu layihələrin reallaşdırılmasında ABŞ-ın dəstəyinin təqdir olunduğunu qeyd edib.

U. Mitçel ölkələrimiz arasında ikitərəfli münasibətlərin dinamik şəkildə inkişaf etdiyini qeyd edib, Azərbaycanın NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyasına və terrorizmə qarşı mübarizədə töhfəsini yüksək qiymətləndirib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.

HABER HAKKINDA GÖRÜŞ BELİRT
YASAL UYARI! Cinayət təşkil edəcək, qanunsuz, hədələyici, narahat edici, təhqir və küfr ehtiva edən, təhqiredici, alçaldıcı, kobud, pornoqrafik, əxlaqa zidd, şəxsiyyət hüquqlarına zərər verici ya da bənzəri xarakterlərdə məzmunlardan doğan hər cür maliyyə, mülki, cinayət, inzibati məsuliyyət məzmunu göndərən şəxsə məxsusdur.
POPULYAR FOTO QALEREYALAR
SON DƏQİQƏ XƏBƏRLƏRİ
InvestAZ
İLGİLİ HABERLER
SON Dəyqə