SON DƏYQƏ

Sizinxeber.Az Milli Xəbər Portalı

Paşinyan Rusiyada Qarabağdan danışdı: Kimə güvənə bilərik?

Paşinyan Rusiyada Qarabağdan danışdı: Kimə güvənə bilərik?
Bu haber 06 Aralık 2018 - 20:00 'da əlavə olunub və Baxış Sayı 107

Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) təşkilatı çərçivəsində heç kim müttəfiq öhdəliklərini yerinə yetirməməkdə ittiham edə bilməz.

Oxu.Az-ın “Sputnik Ermənistan”a istinadən xəbərinə görə, bu barədə Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan Sankt-Peterburqda erməni icması ilə görüşü zamanı deyib.

Onun sözlərinə görə, ətrafında müzakirələr aparılan təşkilatın baş katibi vəzifəsi sadəcə KTMT-yə üzv ölkələrin qarşılıqlı öhdəlikləri ilə bağlı problemin üzə çıxarılmasının bir yoludur.

Paşinyan qeyd edib ki, Ermənistan həmişə İttifaqa sadiq olduğunu sübut edib.

“Lakin bunu bəzi tərəfdaşlara aid etmək olmaz. Ermənistan hakimiyyəti hesab edir ki, bu münasibətlərə aydınlıq gətirilməlidir”, – deyə o bildirib.

“Biz bilməliyik kimə güvənə bilərik, kimə isə yox. Əminəm ki, KTMT Azərbaycanın Qarabağ məsələsində qarşısını ala bilər. Lakin KTMT bunu edəcəkmi? Məsələ bundadır. Bizim üçün bu strateji əhəmiyyətli məsələdir. Baş katib məsələsi isə ikinci və ya üçüncü plana düşür”, – Paşinyan bildirib.

Onun sözlərinə görə, baş katib vəzifəsində “həmişə Belarus təmsilçisi ola bilər”, lakin bütün öhdəliklər yerinə yetirilməlidir.

“KTMT-yə üzv ölkələrin Qarabağ münaqişəsinə dair mövqeləri yoxlanılmalıdır”, – deyə o bildirib.

HABER HAKKINDA GÖRÜŞ BELİRT
YASAL UYARI! Cinayət təşkil edəcək, qanunsuz, hədələyici, narahat edici, təhqir və küfr ehtiva edən, təhqiredici, alçaldıcı, kobud, pornoqrafik, əxlaqa zidd, şəxsiyyət hüquqlarına zərər verici ya da bənzəri xarakterlərdə məzmunlardan doğan hər cür maliyyə, mülki, cinayət, inzibati məsuliyyət məzmunu göndərən şəxsə məxsusdur.
POPULYAR FOTO QALEREYALAR
SON DƏQİQƏ XƏBƏRLƏRİ
InvestAZ
İLGİLİ HABERLER
SON Dəyqə