SON DƏYQƏ

Sizinxeber.Az Milli Xəbər Portalı

Azərbaycan Parlamentinin 100 illiyində deputatlar nəyi müzakirə edəcək?

Azərbaycan Parlamentinin 100 illiyində deputatlar nəyi müzakirə edəcək?
Bu haber 06 Aralık 2018 - 9:34 'da əlavə olunub və Baxış Sayı 4

Sabah, dekabrın 7-də parlamentin növbəti plenar iclası keçiriləcək.

Oxu.Az-ın xəbərinə görə, dekabrın 7-də keçiriləcək toplantının gündəliyinə ilkin olaraq 21 məsələ daxil edilməsi nəzərdə tutulur.

Bunlar “Dövlət qulluğu haqqında”, “Uşaq hüquqları haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Avtomobil yolları haqqında” və s. qanunlara, o cümlədən İnzibati Xətalar, Mənzil məcəllələrinə dəyişiklik layihələridir.

Millət vəkilləri “Psixoloji yardım haqqında” qanun layihəsini də (üçüncü oxunuş) müzakirə edəcəklər.

Onu da qeyd edək ki, dekabrın 7-si həm də Azərbaycan Parlamentinin yaranması günüdür.

Düz 100 il öncə, dekabrın 7-də, saat 13:00-da məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Nikolayev (indiki İstiqlaliyyət) küçəsində yerləşən keçmiş Qızlar Məktəbinin binasında (hazırda Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı olub.

Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə geniş təbrik nitqi söyləyib.

Bu parlamentin ömrü cəmi iki il çəkib.

HABER HAKKINDA GÖRÜŞ BELİRT
YASAL UYARI! Cinayət təşkil edəcək, qanunsuz, hədələyici, narahat edici, təhqir və küfr ehtiva edən, təhqiredici, alçaldıcı, kobud, pornoqrafik, əxlaqa zidd, şəxsiyyət hüquqlarına zərər verici ya da bənzəri xarakterlərdə məzmunlardan doğan hər cür maliyyə, mülki, cinayət, inzibati məsuliyyət məzmunu göndərən şəxsə məxsusdur.
POPULYAR FOTO QALEREYALAR
SON DƏQİQƏ XƏBƏRLƏRİ
InvestAZ
İLGİLİ HABERLER
SON Dəyqə