Ev Cəmiyyət Bakıda süpürgəçini maşın vurdu

Bakıda süpürgəçini maşın vurdu

Baxış Sayı 25
0
Bakıda süpürgəçini maşın vurdu
Bakıda süpürgəçini maşın vurdu

Bakıda süpürgəçinin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə səhər saat 07:00 radələrində paytaxtın Heydər Əliyev prospektində, “Bağırov” körpüsünün yaxınlığında baş verib.

Ərazidə təmizlik işləri aparan 1965-ci il təvəllüdlü Muradova Almaxanım Pirağa qızı naməlum avtomobil tərəfindən vurulub.

Hadisə nəticəsində ağır xəsarət alan A.Muradova 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə,  xəstənin vəziyyəti ağırdır və reanimasiyada həkim nəzarətində saxlanılır.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin