SON DƏYQƏ

Sizinxeber.Az Milli Xəbər Portalı

Balaca Əlinin sizin köməyinizə ehtiyacı var

Balaca Əlinin sizin köməyinizə ehtiyacı var
Bu haber 05 Aralık 2018 - 17:56 'da əlavə olunub və Baxış Sayı 11

Şəkildə gördüyünüz uşağın 10 yaşı var. Adı Əlidir. O, iki il öncə gecə saatlarında baş vermiş bədbəxt hadisə nəticəsində yatağından yıxılaraq ağır kəllə-beyin travması alıb. 15 gün koma vəziyyətində qalan Əli peşəkar həkimlərin gərgin səyləri və keçirdiyi ağır əməliyyatlar sayəsində həyatda qala bilib.

Lakin aldığı travma 10 yaşlı Əlini yaşıdları ilə oynamaqdan məhrum edib. O, gəzmə qabiliyyətini itirib. İki il ölkə daxilində, eləcə də, xaricdə davam edən reabilitasiya və fizioterapiya kursları nəticəsində Əlinin sağlamlığında əhəmiyyətli dərəcədə irəliləyişlər əldə olunub.

Həkimlərin sözlərinə görə, müalicələr davam edərsə, Əli yenidən öz sağlamlığına qovuşa bilər. Həkimlər bu istiqamətdə müsbət fikirdədirlər. Bu hədəfə çatmaq üçün isə bu gün reabilitasiya proqramlarının daha da aktivləşdirilməsinə ehtiyac var.

Əli və ailəsi bu məsələdə xeyirxah insanların köməyinə güvənir. Ailəsi inanır ki, belə durumda onlara dəstək olacaq şəxslər bu məsələdə yardımını əsirgəməyəcəklər!

Ailə üzvlər deyir ki, Əli çox istedadlı uşaqdır. Yaşının az olmasına baxmayaraq, o, güclü şahmat oynaya bilir. O, zehni oyunları çox sevir. Ən böyük arzularından biri də şahmat üzrə ən ali dərəcə olan qrossmeyster adını qazanmaqdır. Gəlin, Əliyə bu arzusunu gerçəkləşdirməkdə yardım edək.

Xeyirxah insanları balaca Əliyə kömək etməyə səsləyirik.

HABER HAKKINDA GÖRÜŞ BELİRT
YASAL UYARI! Cinayət təşkil edəcək, qanunsuz, hədələyici, narahat edici, təhqir və küfr ehtiva edən, təhqiredici, alçaldıcı, kobud, pornoqrafik, əxlaqa zidd, şəxsiyyət hüquqlarına zərər verici ya da bənzəri xarakterlərdə məzmunlardan doğan hər cür maliyyə, mülki, cinayət, inzibati məsuliyyət məzmunu göndərən şəxsə məxsusdur.
POPULYAR FOTO QALEREYALAR
SON DƏQİQƏ XƏBƏRLƏRİ
InvestAZ
İLGİLİ HABERLER
SON Dəyqə