SON DƏYQƏ

Sizinxeber.Az Milli Xəbər Portalı

Təhsil Nazirliyi deputatı haqlı saymadı

Təhsil Nazirliyi deputatı haqlı saymadı
Bu haber 05 Aralık 2018 - 14:21 'da əlavə olunub və Baxış Sayı 7

Təhsil Nazirliyindən deputatın fikirlərinə münasibət bildirilib.

Oxu.Az-ın xəbərinə görə, Milli Məclisin (MM) Elm və təhsil komitəsinin son iclasında millət vəkili (keçmiş komitə sədri) Şəmsəddin Hacıyev şagirdlərin, o cümlədən, müəllimlərin dərs-tədris yükü məsələsinə toxunmuş və öz narazılığını bildirmişdi.

O, xüsusilə müəllimlərin dərs-tədris yükünün çoxluğunu qabartmış və bildirmişdi ki, bu yöndə addımların atılmasına, müzakirələrə təqdim olunmuş “Ümumi təhsil haqqında” yeni qanun layihəsində bu məsələyə aydınlıq gətirilməsinə, onun əksini tapmasına ehtiyac var.

Ancaq Təhsil Nazirliyi millət vəkilinin müəllimlərin dərs-tədris yükü ilə bağlı iradlarını və təklifini qəbul etmir.

Adıçəkilən nazirliyin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov bildirib ki, ümumiyyətlə, bu məsələ sözügedən qanunun predmeti ola bilməz.

“Bu məsələnin qanunla hansısa bağlılığı yoxdur və ola da bilməz. Eyni zamanda, müəllimlərin dərs-tədris yükü fərqlidir. Məsələn, bəzi məktəblərdə ədəbiyyat dərsi 200 saat ola bilər, bəzisində isə 60 saat. Yəni məktəblərdəki siniflərin və şagirdlərin sayına görə bu rəqəm dəyişir. Ona görə də bu məsələnin qanunla tənzimlənməsi mümkün deyil”, – deyə A.Əhmədov əlavə edib.

www.Sizinxeber.az

HABER HAKKINDA GÖRÜŞ BELİRT
YASAL UYARI! Cinayət təşkil edəcək, qanunsuz, hədələyici, narahat edici, təhqir və küfr ehtiva edən, təhqiredici, alçaldıcı, kobud, pornoqrafik, əxlaqa zidd, şəxsiyyət hüquqlarına zərər verici ya da bənzəri xarakterlərdə məzmunlardan doğan hər cür maliyyə, mülki, cinayət, inzibati məsuliyyət məzmunu göndərən şəxsə məxsusdur.
POPULYAR FOTO QALEREYALAR
SON DƏQİQƏ XƏBƏRLƏRİ
InvestAZ
İLGİLİ HABERLER
SON Dəyqə