SON DƏYQƏ

Sizinxeber.Az Milli Xəbər Portalı

Bakıda “Lotu Quli”ylə görüşə məhdudiyyət qoyuldu – Onunla yalnız…

Bakıda “Lotu Quli”ylə görüşə məhdudiyyət qoyuldu – Onunla yalnız…
Bu haber 04 Aralık 2018 - 19:59 'da əlavə olunub və Baxış Sayı 103

Ötən həftə Türkiyədən Azərbaycana ekstradisiya olunan “Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifov (İsmayılov) hazırda Bakıda ciddi nəzarət altında saxlanılır. Ən son məlumatlara görə, onun yanına yaxın çevrəsinə daxil olan çox məhdud sayda şəxslər buraxılır.

Musavat.com xəbər verir ki, N.Səlifovun nə vaxta qədər ev dustaqlığında saxlanılacağı bilinmir. Bu haqda ona və yaxınlarına məlumat verilmir. Nadir Səlifov ötən həftənin şənbə günündən Bakıya gətirilib. Verilən xəbərə görə, N.Səlifovun ekstradisiyasını yüksək rütbəli polis məmurlarından biri həyata keçirib və hazırda “Quli” ev dustağı şəraitində saxlanılır.

Qeyd edək ki, N.Səlifov Azərbaycan həbsxanalarında 22,5 il cəza çəkdikdən sonra ötən ilin oktyabr ayında azadlığa buraxılıb və dərhal da ölkəni tərk edərək Türkiyəyə yerləşib. Ancaq 2 aydan artıqdır ki, Rusiya Federasiyası onun barəsində çoxsaylı şikayətlər olduğunu əsas gətirərək, N.Səlifovun Rusiyanın hüquq-mühafizə orqanlarına təhvil verilməsini istəyirdi. Ancaq o, Azərbaycana gətirilib.

HABER HAKKINDA GÖRÜŞ BELİRT
YASAL UYARI! Cinayət təşkil edəcək, qanunsuz, hədələyici, narahat edici, təhqir və küfr ehtiva edən, təhqiredici, alçaldıcı, kobud, pornoqrafik, əxlaqa zidd, şəxsiyyət hüquqlarına zərər verici ya da bənzəri xarakterlərdə məzmunlardan doğan hər cür maliyyə, mülki, cinayət, inzibati məsuliyyət məzmunu göndərən şəxsə məxsusdur.
POPULYAR FOTO QALEREYALAR
SON DƏQİQƏ XƏBƏRLƏRİ
InvestAZ
İLGİLİ HABERLER
SON Dəyqə