Ev Cəmiyyət İsa Həbibbəyli: Bələdiyyə məktəbləri də olacaq

İsa Həbibbəyli: Bələdiyyə məktəbləri də olacaq

Baxış Sayı 20
0
İsa Həbibbəyli: Bələdiyyə məktəbləri də olacaq
İsa Həbibbəyli: Bələdiyyə məktəbləri də olacaq

Azərbaycanda yeni “Ümumi təhsil haqqında” qanun layihəsi hazırlanıb.

Oxu.Az-ın məlumatına görə, beş fəsil, 33 maddədən ibarət olan “Ümumi təhsil haqqında” qanun layihəsi Milli Məclisin (MM) Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Komitə sədri İsa Həbibbəyli yeni qanun layihəsinin hazırlanmasında Təhsil Nazirliyinin böyük zəhmətinin olduğunu qeyd edərək, deyib ki, bu sənədin məqsədi vətəndaşların ümumi təhsil sahəsində ölkə Konstitusiyası ilə nəzərdə tutulmuş təhsil hüququnu təmin etməkdən, ümumi təhsil prosesi iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən etməkdən, onlar arasında münasibəti tənzimləməkdən və ümumi təhsilin təşkilati-hüquqi bazasını yaratmaqdan ibarətdir.

O bildirib ki, qanun layihəsində bir sıra yeni maddələr, bəndlər olmaqla yanaşı, “Təhsil haqqında” mövcud qanunun bir sıra müddəaları da burada əksini tapıb, sənədi zənginləşdirib.

Onun sözlərinə görə, yeni qanun layihəsinə əsasən, Azərbaycanda bələdiyyə məktəblərinin də yaradılması nəzərdə tutulur:

“Bu, Azərbaycan reallığında bir yenilikdir. Belə ki, qanun layihəsinin 30-cu “Ümumi təhsil müəssisəsinin maliyyələşdirilməsi” maddəsinə əsasən, bundan sonra Azərbaycanda bələdiyyələrə də orta məktəblər yaratmaq, təşkil etmək hüququ verilir.

Eyni zamanda, 30.7-ci maddəyə görə bələdiyyə və özəl ümumi təhsil müəssisəsində təhsil haqqı əmək bazarının tələbatına uyğun olaraq tələb-təklif prinsipi əsasında tənzimlənəcək. Bu, özü də təhsil islahatları sahəsində mühüm addımlardan biri olacaq”

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin