SON DƏYQƏ

Sizinxeber.Az Milli Xəbər Portalı

Bank kartlarından 85 min manat oğurlayan keçmiş məhkum saxlanıldı

Bank kartlarından 85 min manat oğurlayan keçmiş məhkum saxlanıldı
Bu haber 03 Aralık 2018 - 12:45 'da əlavə olunub və Baxış Sayı 10

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə xüsusi kiberproqramlardan istifadə edilməklə yerli bankların 100-dən çox müştərisinə məxsus kartlardan 85 min manat pulun şəxsi hesablara köçürülməsi və nağdlaşdırılması barədə məlumat daxil olub.

Oxu.Az-ın məlumatına görə, Baş İdarə əməkdaşları tərəfindən keçirilən xüsusi əməliyyat nəticəsində qeyd edilən qanunsuz əməli törətməkdə şübhəli bilinən keçmiş məhkum, Bakı şəhər sakini Səddam Nəzərli saxlanılıb.

Səddam Nəzərli əvvəllər Cinayət Məcəlləsinin 332-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddəsi ilə məhkum olunub.

Baxış zamanı saxlanılan şəxsin yaşadığı mənzildən xüsusi haker proqramlarının yazıldığı noutbuklar, planşetlər, elektron sübutlar və iş üçün əhəmiyyət kəsb edən digər dəlillər müəyyən edilərək götürülüb. Həmin texniki avadanlıqların yaddaş blokuna baxış zamanı müxtəlif şəxslərə məxsus bank hesabları və kart məlumatları aşkar olunub.

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 272-ci (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

www.Sizinxeber.az

HABER HAKKINDA GÖRÜŞ BELİRT
YASAL UYARI! Cinayət təşkil edəcək, qanunsuz, hədələyici, narahat edici, təhqir və küfr ehtiva edən, təhqiredici, alçaldıcı, kobud, pornoqrafik, əxlaqa zidd, şəxsiyyət hüquqlarına zərər verici ya da bənzəri xarakterlərdə məzmunlardan doğan hər cür maliyyə, mülki, cinayət, inzibati məsuliyyət məzmunu göndərən şəxsə məxsusdur.
POPULYAR FOTO QALEREYALAR
SON DƏQİQƏ XƏBƏRLƏRİ
InvestAZ
İLGİLİ HABERLER
SON Dəyqə