SON DƏYQƏ

Sizinxeber.Az Milli Xəbər Portalı

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin səyyar iclası keçirilib

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin səyyar iclası keçirilib
Bu haber 30 Kasım 2018 - 22:39 'da əlavə olunub və Baxış Sayı 8

Noyabrın 30-da ilk dəfə olaraq Vəkillər Kollegiyasının Rəyasət Heyətinin səyyar iclası keçirilib.

Oxu.Az-ın məlumatına görə, yaxın günlərdə təmiri başa çatmış və yeni istifadəyə verilmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunda keçirilən iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamının tarixi əhəmiyyəti, onun Azərbaycan vəkilliyinin inkişafına verdiyi təkan və sənədin bu gün Azərbaycan vəkilliyinin intibahındakı rolu barədə fikirlərini bölüşüb, hazırda Vəkillər Kollegiyasının regional mərkəzlərinin, eləcə də fəaliyyətdə olan vəkil bürolarının təmiri və istifadəyə verilməsi üzrə aparılan işlər, yaxın günlərdə ASAN xidmət mərkəzlərində açılması gözlənilən vəkil bürolarının təşkili üzrə vəziyyət, o cümlədən dekabrın 23-də keçiriləcək vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının yazılı test mərhələsinin təşkili, sənəd qəbulu prosesinin hazırki vəziyyəti və digər məsələlər barədə iclas iştirakçılarına məlumat verib.

İclasda Vəkillər Kollegiyası Rəyasət Heyətinin aparatı yanında “Mübahisələrin alternativ həlli üzrə Komitə”nin yaradılması məsələsinə baxılmış, qeyd olunan məsələ ilə bağlı müsbət qərar qəbul edilib, təşkil olunacaq Komitəyə Vəkillər Kollegiyasının üzvü Ruslan Mirzəyevin rəhbərlik etməsi qərara alınıb.

Bundan başqa, yeni vəkil qurumlarının təsis edilməsi ilə bağlı qərarlar qəbul olunub. Belə ki, Bakı şəhərində fəaliyyət göstərəcək “Fem Partners”, “Kredo”, “Verdikt” vəkil büroları, Bakı şəhəri 24 saylı vəkil bürosu, o cümlədən İmişli rayon vəkil bürosunun təsis olunması barədə məsələlərə baxılmış və bu müraciətlərlə əlaqədar Rəyasət Heyəti tərəfindən müsbət qərarlar qəbul edilib.

Eyni zamanda, başqa vəkil qurumuna keçmək və vəkilliyə qəbul üzrə müraciətlərə baxılıb, bir sıra vəkillərin mükafatlandırılması, habelə növbəti ildən tətbiq olunması gözlənilən order markasının vahidinin qiymətinin 10 manat müəyyən edilməsi haqqında qərarlar qəbul olunub.

www.Sizinxeber.az

HABER HAKKINDA GÖRÜŞ BELİRT
YASAL UYARI! Cinayət təşkil edəcək, qanunsuz, hədələyici, narahat edici, təhqir və küfr ehtiva edən, təhqiredici, alçaldıcı, kobud, pornoqrafik, əxlaqa zidd, şəxsiyyət hüquqlarına zərər verici ya da bənzəri xarakterlərdə məzmunlardan doğan hər cür maliyyə, mülki, cinayət, inzibati məsuliyyət məzmunu göndərən şəxsə məxsusdur.
POPULYAR FOTO QALEREYALAR
SON DƏQİQƏ XƏBƏRLƏRİ
InvestAZ
İLGİLİ HABERLER
SON Dəyqə