SON DƏYQƏ

Sizinxeber.Az Milli Xəbər Portalı

Rusiya “Palmali”nin 58 gəmisini əlindən alır

Rusiya “Palmali”nin 58 gəmisini əlindən alır
Bu haber 30 Kasım 2018 - 19:42 'da əlavə olunub və Baxış Sayı 129

Rusiyanın Rostov vilayətinin Arbitraj məhkəməsi “Palmali” MMC şirkətinin müflis elan edilməsinə dair qərarı qüvvədə saxlayıb.

Sizinxeber.Az İnterpress.az-a istinadən xəbər verir ki, qərarın təsdiqlənməsi nəticəsində şirkətə məxsus olan 58 gəmi hərrac yolu ilə satılacaq.

Əldə ediləcək vəsait isə “Sberbank”a ödəniləcək. “Palmali” MMC-nin “Sberbank”a 210 milyon dollar ödənilməmiş kredit borcu var və bank şirkətin müflis elan edilməsi tələbi ilə ötən il məhkəmə iddiası qaldırmışdı.

“Palmali” MMC-nin səhmləri azərbaycanlı oliqarx Mübariz Mənsimovun “Palmali Denizçilik” şirkətinə məxsusdur. Şirkətin icraçı direktoru Aleksey Mixeleyev məhkəmənin qərarını şərh etməkdən imtina edib. “Palmali Denizçilik” Türkiyə şirkəti isə müflisləşmə qərarının onlara dəxli olmadığını, ancaq “Palmali” MMC-yə aid olduğunu bildirib.

Holdinqdən yayılan açıqlamada bildirilir ki, “Palmali”nin 21 ölkədə şöbəsi var və Rostovdakı şirkətin müflis olması onların fəaliyyətinə təsir etməyəcək.

“Bütün əməliyyat mərkəzlərimizin 2019-cu il yanvarın 1-dən etibarən Türkiyədə tək çətir alında cəmləşdirilməsi qərarı verilib. Gəmilərimiz bütün limanlara Türkiyə bayraqları ilə girəcək. Önümüzdəki mərhələdə Türkiyə ilə böyüyəcəyimizə inanırıq”, – açıqlamada deyilir.

“Palmali” MMC-nin aktivlərinin ümumi dəyəri cəmi 419 milyon rubl qiymətləndirilib. Bu haqda şirkətə təyin edilmiş müvəqqəti idarəçinin hesabatında göstərilir. Sənəd Rusiyanın müflisləşmə barədə vahid federal reyestrində yerləşdirilib.

İnventarlaşdırmaya əsasən şirkətin gəmiləri və daşınmaz əmlakı daxil olmaqla bütün aktivləri hesaba alınıb. Beləliklə, həmin aktivlərin satışından əldə olunan vəsait təkcə “Sberbank”a olan borcun cəmi 7,5 milyon dollarını ödəməyə bəs edərdi.

HABER HAKKINDA GÖRÜŞ BELİRT
YASAL UYARI! Cinayət təşkil edəcək, qanunsuz, hədələyici, narahat edici, təhqir və küfr ehtiva edən, təhqiredici, alçaldıcı, kobud, pornoqrafik, əxlaqa zidd, şəxsiyyət hüquqlarına zərər verici ya da bənzəri xarakterlərdə məzmunlardan doğan hər cür maliyyə, mülki, cinayət, inzibati məsuliyyət məzmunu göndərən şəxsə məxsusdur.
POPULYAR FOTO QALEREYALAR
SON DƏQİQƏ XƏBƏRLƏRİ
InvestAZ
İLGİLİ HABERLER
SON Dəyqə