SON DƏYQƏ

Sizinxeber.Az Milli Xəbər Portalı

Azərbaycanlı yeniyetmə Avropa çempionatında medal qazandı – FOTO

Azərbaycanlı yeniyetmə Avropa çempionatında medal qazandı – FOTO
Bu haber 30 Kasım 2018 - 19:04 'da əlavə olunub və Baxış Sayı 18

Azərbaycan idmançısı Rahid Vəliyev yeniyetmələr arasında taekvondo üzrə Avropa birinciliyində gümüş medal qazanıb.

Oxu.Az xəbər verir ki, İspaniyada təşkil edilən qitə birinciliyində 11 taekvondoçu ilə təmsil olunan komandamızın üzvü medala sahib olub.

Belə ki, 37 kiloqram çəki dərəcəsində mübarizə aparan Vəliyev fransalı (21:19), türkiyəli (13:10) və rusiyalı (26:04) rəqiblərinə qalib gəlib.

Yarımfinalda daha bir rusiyalı idmançı ilə qarşılaşan taekvondoçumuz (7:6) qalib gələrək finala yüksəlib.

Lakin finalda Danimarka təmsilçisi ilə gərgin idman mübarizəsi şəraitində keçən döyüşdə 32:35 hesabı ilə məğlub olan taekvondoçumuz yarışı gümüş medalla başa vurub.

Qeyd edək ki, Rahid Vəliyev qatıldığı ilk qitə birinciliyində mükafatçılar sırasında yer alıb.

HABER HAKKINDA GÖRÜŞ BELİRT
YASAL UYARI! Cinayət təşkil edəcək, qanunsuz, hədələyici, narahat edici, təhqir və küfr ehtiva edən, təhqiredici, alçaldıcı, kobud, pornoqrafik, əxlaqa zidd, şəxsiyyət hüquqlarına zərər verici ya da bənzəri xarakterlərdə məzmunlardan doğan hər cür maliyyə, mülki, cinayət, inzibati məsuliyyət məzmunu göndərən şəxsə məxsusdur.
POPULYAR FOTO QALEREYALAR
SON DƏQİQƏ XƏBƏRLƏRİ
InvestAZ
İLGİLİ HABERLER
SON Dəyqə