SON DƏYQƏ

Sizinxeber.Az Milli Xəbər Portalı

“Sportinq”in baş məşqçisi: Belə bir nəticə gözləmirdik

“Sportinq”in baş məşqçisi: Belə bir nəticə gözləmirdik
Bu haber 30 Kasım 2018 - 0:44 'da əlavə olunub və Baxış Sayı 25

UEFA Avropa Liqasının V turu çərçivəsində “Qarabağ” Bakıda Portuqaliyanın “Sportinq” klubu ilə qarşılaşıb və 1:6 hesabı ilə uduzub.

Oxu.Az xəbər verir ki, görüşdən sonra “Sportinq”ın baş məşqçisi Marsel Keyzer oyun haqqında fikirlərini açıqlayıb:

“Oyuna çox yaxşı, öndə pressinqlə başladıq. “Qarabağ”ın oyununu çox bəyənirəm. Belə bir nəticə gözləmirdik.

Mən komandama 7-8 arası bal verərdim. Təbii ki, onların oyunundan razı qaldım. Ancaq daha yaxşı olacağıq. Bunun üçün zamana ehtiyacımız var. Əsas olan mövsüm boyu bu oyunu oynaya bilməkdir.

Ən əsas topu necə istifadə edəcəyimizi nəzərdə tuturam. İki həftəyə görə çıxışımız çox yaxşıdır. Boş zonalarda topla daha düzgün rəftar etməliyik. Pressinqlə oynamaq hər zaman faydalı olur.

İlk hissədə rəqib bizə kifayət qədər təhlükə yaratdı. Topun cinahını çox tez dəyişirdilər. Fasilədə bunu müzakirə etdik. Oyunçularıma çox diqqətli olmalarını bildirdim”.

Səbuhi MUSAYEV
www.Sizinxeber.az 

HABER HAKKINDA GÖRÜŞ BELİRT
YASAL UYARI! Cinayət təşkil edəcək, qanunsuz, hədələyici, narahat edici, təhqir və küfr ehtiva edən, təhqiredici, alçaldıcı, kobud, pornoqrafik, əxlaqa zidd, şəxsiyyət hüquqlarına zərər verici ya da bənzəri xarakterlərdə məzmunlardan doğan hər cür maliyyə, mülki, cinayət, inzibati məsuliyyət məzmunu göndərən şəxsə məxsusdur.
POPULYAR FOTO QALEREYALAR
SON DƏQİQƏ XƏBƏRLƏRİ
InvestAZ
İLGİLİ HABERLER
SON Dəyqə