SON DƏYQƏ

Sizinxeber.Az Milli Xəbər Portalı

İcbari tibbi sığorta niyə gecikir? – AÇIQLAMA

İcbari tibbi sığorta niyə gecikir? – AÇIQLAMA
Bu haber 28 Kasım 2018 - 16:26 'da əlavə olunub və Baxış Sayı 3

İcbari tibbi sığorta niyə gecikir? – AÇIQLAMA

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən icbari tibbi sığortanın ölkə üzrə tətbiqi ilə bağlı Yol Xəritəsi hazırlanıb. 

Agentlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Yol Xəritəsi müvafiq qurumlarla razılaşdırılma mərhələsindədir:

“Növbəti ildə Yol Xəritəsində dövlət tibb müəssisələrinin icbari tibbi sığortanın prinsiplərinə əsasən hazırlanması və səhiyyə sisteminin icbari tibbi sığortaya tam inteqrasiyası nəzərdə tutulub. Yol Xəritəsində maliyyə dayanıqlılığının təmin edilməsi üçün icbari tibbi sığortanın müxtəlif mənbələrdən maliyyələşdirilməsi nəzərdə tutulur. Bu maliyyə mənbələrinə dövlət büdcəsi, əhalidən toplanan sığorta haqları və alternativ maliyyə mənbələri aiddir”.

Agentlikdən qeyd edilib ki, növbəti il üçün dövlət büdcəsində icbari tibbi sığorta üçün nəzərdə tutulan vəsait alternativ maliyyə mənbələrinə aiddir:

“Yol xəritəsinin tələblərindən irəli gələn məsələlərin icrası üçün rezerv (ehtiyat) vəsaitdir”.

İlhamə Əbülfət
www.Sizinxeber.az

HABER HAKKINDA GÖRÜŞ BELİRT
YASAL UYARI! Cinayət təşkil edəcək, qanunsuz, hədələyici, narahat edici, təhqir və küfr ehtiva edən, təhqiredici, alçaldıcı, kobud, pornoqrafik, əxlaqa zidd, şəxsiyyət hüquqlarına zərər verici ya da bənzəri xarakterlərdə məzmunlardan doğan hər cür maliyyə, mülki, cinayət, inzibati məsuliyyət məzmunu göndərən şəxsə məxsusdur.
POPULYAR FOTO QALEREYALAR
SON DƏQİQƏ XƏBƏRLƏRİ
InvestAZ
İLGİLİ HABERLER
SON Dəyqə