Ev İqtisadiyyat Masallıda DAİM açıldı

Masallıda DAİM açıldı

Baxış Sayı 28
0
Masallıda DAİM açıldı
Masallıda DAİM açıldı

Bu gün Masallıda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar İnkişaf Mərkəzinin ( DAİM) açılışı olub. 

Oxu.Az xəbər verir ki, mərkəzin açılışında kənd təsərrüfatı naziri İnam Kərimov iştirak edib. 

O bildirib ki, məqsəd bütün kənd təsərrüfatı xidmətlərinin vahid bir mərkəzdən göstərilməsidir : 

“Mərkəzdə Kənd Təsərrüfatı Nazirliyinin 68 xidməti təqdim olunur. Əsas məqsəd fermerlərə və kəndlilərə xidmət göstərməkdir. Sloqanımız da belədir: daim xidmətinizdəyik”. 

Nazir həmçinin əlavə edib ki, 3 il ərzində 10 minə yaxın könüllülərdən ibarət proqramın icrası planlaşdırılır: 

“Hər bir DAİM mərkəzində könüllülər fəaliyyətə başlayıb. Onların məqsədi yerlərdə fermerlərə dəstək olmaqdır. “Aqrar sığorta haqqında” qanun layihəsi müvafiq qurumlara təqdim edilib”.

www.Sizinxeber.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin