SON DƏYQƏ

Sizinxeber.Az Milli Xəbər Portalı

Milli Qəhrəman Çingiz Qurbanovun doğum günüdür

Milli Qəhrəman Çingiz Qurbanovun doğum günüdür
Bu haber 24 Kasım 2018 - 17:35 'da əlavə olunub və Baxış Sayı 14

Bu gün Azərbaycanın qəhrəman övladı, mübarizlər karvanının hələ ki, sonuncu mərd oğlu Çingiz Qurbanovun doğum günüdür.

Oxu.Az-ın  məlumatına görə, Çingiz Qurbanov 24 noyabr 1994-cü ildə Qusar rayonunun Həzrə kəndində anadan olub.

2012-ci ildə məktəbi bitirən Ç.Qurbanov elə həmin ildə  Azərbaycan Texniki Universitetinə daxil olub.

2016-cı ildə universiteti bitirən Çingiz həmin ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb. Ön cəbhədə xidmət göstərən əsgər Çingiz Qurbanov 2016-cı ilin dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində ermənilərin kəşfiyyat qrupunun təxribatının qarşısını alan zaman şəhid olub.

Ç.Qurbanov  sərrast atəşlə üç ermənini məhv edib, birini ağır yaralayıb. Yaralı erməni zabiti yanvarın 16-da  ölüb.

2017-cı ilin 7 fevralında Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Qeyd edək ki, Çingiz Qurbanovun nəşi üç həftədən artıq erməni tərəfində qalıb. Bütün beynəlxalq normaları pozan erməni tərəfi sonda 2017-ci il fevralın 5-də Çingiz Qurbanovun nəşini Azərbaycan təhvil verib.

2017-ci il fevralın 6-da  Çingiz Qurbanov doğulduğu Qusar şəhərində, Şəhidlər Xiyabanında son mənzilə yola salınıb.

www.Sizinxeber.az

HABER HAKKINDA GÖRÜŞ BELİRT
YASAL UYARI! Cinayət təşkil edəcək, qanunsuz, hədələyici, narahat edici, təhqir və küfr ehtiva edən, təhqiredici, alçaldıcı, kobud, pornoqrafik, əxlaqa zidd, şəxsiyyət hüquqlarına zərər verici ya da bənzəri xarakterlərdə məzmunlardan doğan hər cür maliyyə, mülki, cinayət, inzibati məsuliyyət məzmunu göndərən şəxsə məxsusdur.
POPULYAR FOTO QALEREYALAR
SON DƏQİQƏ XƏBƏRLƏRİ
InvestAZ
İLGİLİ HABERLER
SON Dəyqə