SON DƏYQƏ

Sizinxeber.Az Milli Xəbər Portalı
Adanaspor Akhisar Belediyespor Alanyaspor Antalyaspor Beşiktaş Bursaspor Çaykur Rizespor Fenerbahçe Galatasaray Gaziantepspor Gençlerbirliği İstanbul Başakşehir Kardemir Karabükspor Kasımpaşa Kayserispor Konyaspor Osmanlı Spor Trabzonspor

Elza: İlhamə Quliyevanı sağlığında qorxudan tərifləməmişəm

Elza: İlhamə Quliyevanı sağlığında qorxudan tərifləməmişəm
Bu haber 20 Kasım 2018 - 14:39 'de eklendi ve Baxış Sayı 42 kez görüntülendi.

Özlərini bəyənmişlər, mənə özlərini rəqib bilənlər var ki, “içi özlərini, çölü özgələrini yandırır” deyərlər. Məni dərk edib, həzm edə bilməyənlər isə nəinki məni, hətta Allahın şah əsərləri olan gözəlliklərə qarşı üfunətli nəfəslərini yanımda çəkə bilməyib öz saxta, süni, savadsız, maskalı münasibətlərini istəsələr də, gizlədə bilmirlər.

Oxu.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan “Instagram” hesabında yazıb.

Sənətçi bu paylaşımı ilə onu təhqir və tənqid edənlərə cavab verib:

“Elza Seyidcahan xanımın hər çıxışı illərin müzakirəsinə dönür. Bunu çoxları bilir, təsdiqləyir və təəccüblənir. “Ayə, niyə bu bizim ağlımıza gəlmədi?” deyirlər. Başda mərhum sənətkarımız, unudulmaz Xalq artistimiz İlhamə Quliyeva “Mən şəxsən bir sənətkar kimi Elzanın hər çıxışından böyük zövq alıram, onu dinləyirəm, çünki hər çıxışında bir şok, bir şok…. Çıxışı, bir şok… Sənət nümunəsi var. O, heç kəsə bənzəmir. Elzanın öz yolu, dəsti-xətti, mədəniyyəti, tərbiyəsi var” deyib.

Baxmayaraq ki, İlhamə xanımın sağlığında onun əlindən öpənlər, indi ona utanmadan İlhamə deyirlər, ancaq Elza Seyidcahana qarşı, bəzi anlaşılmaz hərəkətləri olsa belə, Elza ona sənətkar İlhamə xanım deyir, “Yasin” oxutdurur, adına ehsan verib, qəbri üstünə ağ çiçəklər düzür. Onun yaxın qohumlarını xeyir işlərdə görəndə belə hər zaman salamlayır, diqqət göstərir.

Bir çoxları kimi, sağlığında onu qorxudan tərifləməmişəm, öləndən sonra isə söyməmişəm. Əksinə, sağlığında onunla mübarizə aparmışam, sözümü demişəm, ibrətamiz haqq da qazanmışam. O, rəhmətə gedəndə isə onu bağışlamışam, halallığımı da vermişəm, cənazəsinə apardığım ağ çiçəklər isə, orada əklillər əlindən ayaq qoymağa yer olmasa belə, onun baş daşına sarmaşıq kimi sarımışdılar. Bu, ancaq İlhamə xanımın ruhunun gücündən belə ola bilərdi.

Siz bunu anlayın birdəfəlik, ey bəzi bədhaqq məzlumlar. Nə qədər pislik, haqsızlıq, nankorluq etsəniz, bəlkə, birtəhər onu Allahdan gizlədəcəyinizi düşünürsünüz. Allahın qəzəbli cəzasına gəlib çıxırsınız ki, Tanrı sizi yönəldir ki, gedin, Elza Seyidcahana sataşın”.

www.Sizinxeber.az

HABER HAKKINDA GÖRÜŞ BELİRT
YASAL UYARI! Cinayət təşkil edəcək, qanunsuz, hədələyici, narahat edici, təhqir və küfr ehtiva edən, təhqiredici, alçaldıcı, kobud, pornoqrafik, əxlaqa zidd, şəxsiyyət hüquqlarına zərər verici ya da bənzəri xarakterlərdə məzmunlardan doğan hər cür maliyyə, mülki, cinayət, inzibati məsuliyyət məzmunu göndərən şəxsə məxsusdur.
InvestAZ
SON Dəyqə