Ev Şou-biznes Bakıda vətəndaşlara 8 min ağac tingi paylanıldı – FOTO

Bakıda vətəndaşlara 8 min ağac tingi paylanıldı – FOTO

Baxış Sayı 40
0
Bakıda vətəndaşlara 8 min ağac tingi paylanıldı - FOTO
Bakıda vətəndaşlara 8 min ağac tingi paylanıldı - FOTO

“Hər ailə ağac əksin” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başlanan aksiya 12 noyabr 2018-ci il tarixində Binəqədi rayonu və Mehdiabad, Zığ, Qala qəsəbələrində davam etdirilib.

Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, ağac əkilməsinin təşviqi kampaniyasında vətəndaşlara ümumilikdə 8000-ə yaxın müxtəlif cinsli meyvə və həmişəyaşıl ağac tingləri paylanılıb.

Xatırladaq ki, 9 noyabr 2018-ci il tarixində Xırdalan şəhəri və Saray, Ramana, Hövsan qəsəbələrində “Hər ailə ağac əksin” devizi altında keçirilən aksiyada vətəndaşlara 6000-ə yaxın müxtəlif cinsli ağac tingi paylanılıb.

17 noyabr 2018-ci il tarixində kampaniya daha kütləvi xarakter alaraq məktəblərdə “Bir şagird bir ağac əksin və qorusun” devizi altında davam etdiriləcək.

Www..Sizinxeber.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin