"Expressbank"ın İdarə Heyətinə - YENİ TƏYİNAT » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
13 
in
2025
16:00
0
0
1 155
ff aaaaaaa

"Expressbank"ın İdarə Heyətinə - YENİ TƏYİNAT

13 in, 2025
16:00
1 155

"Expressbank"ın İdarə Heyətinə - YENİ TƏYİNAT

“Expressbank ASC”də yeni təyinat baş tutub – Fuad Kamal oğlu Məmmədli Bankın İdarə Heyətinin üzvü və Baş Maliyyə İnzibatçısı (CFO) vəzifəsinə təyin edilib.

F.Məmmədli maliyyə sahəsində 12 illik peşəkar təcrübəyə malikdir. O, bu müddətdə bank sektorunda bir sıra məsul vəzifələrdə çalışıb, maliyyə idarəçiliyi sahəsində dərin bilik və praktiki təcrübə qazanıb. Son təyinatdan əvvəl “Unibank” ASC-də Baş Maliyyə İnzibatçısının müavini kimi fəaliyyət göstərib, 2017–2020-cü illərdə isə "Expressbank"da Maliyyə departamentində çalışaraq, direktor müavini vəzifəsinədək yüksəlib və bankın maliyyə funksiyalarının inkişafında mühüm rol oynayıb.

F.Məmmədli ali təhsilini Prezident yanında Dövlət İdarəçilik Akademiyasında "Menecment" ixtisası üzrə alıb, magistr dərəcəsini isə Azərbaycan Dövlət İqtisad Universitetində "Maliyyə" ixtisası üzrə tamamlayıb.

Yeni təyinatın "Expressbank"ın maliyyə sabitliyinin və strateji idarəetməsinin daha da gücləndirilməsinə töhfə verəcəyi gözlənilir.

Bizimlə əlaqə saxlayın

×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul