Moskvada taksi sürücüsünün vurduğu azərbaycanlılar …

Moskvada taksi sürücüsünün vurduğu azərbaycanlılar …


Moskvada taksi sürücüsünün piyada yoluna çıxaraq yeddi nəfəri vurması nəticəsində iki Azərbaycan vətəndaşı xəsarət alıb.

Modern.az xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfirliyindən “Trend”ə verilən məlumata görə, insident haqqında məlumat səfirliyə daxil olan kimi səfir Polad Bülbüloğlunun göstərişi ilə soydaşlarımızın yerləşdiyi tibb müəssisəsi ilə əlaqə saxlanılıb. Məlumata əsasən, xəsarət alanların vəziyyəti qənaətbəxş olduğundan onlar evə buraxılıblar.
Xatırladaq ki, iyunun 16-da Moskvanın mərkəzində taksinin yolun kənarında duran piyadaları vurması nəticəsində 7 nəfər yaralanıb.
Qəzanın ilkin səbəbi kimi sürücünün idarəetməni itirməsi göstərilir. Taksi sürücüsü əyləc əvəzinə qazı basdığını bildirib. Sürücü ərazi polis bölməsinə aparılıb. Hadisənin səbəbləri aydınlaşdırılır və yoxlamalar aparılır.
Yol hərəkətinin təşkili mərkəzindən verilən məlumata əsasən, sürücü nəqliyyat vasitəsini Qırğızıstana məxsus sürücülük vəsiqəsi ilə idarə edib.

Baxılıb :1 560
{r-rp} {r-rm}



Digər Xəbərlər
Gündəm
İdman Xəbərləri
Şou-Biznes
Facebook Səhifəmiz
Sizinxeber.Az © 2015-2018 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir. Created by Sizinxeber.Az