Türklərlə suriyalılar arasında dava: 3 ölü, 5 yaralı

Türklərlə suriyalılar arasında dava: 3 ölü, 5 yaralı


Türkiyənin Qaziantep şəhərində türklərlə suriyalılar arasında kütləvi dava baş verib.
Davaya səbəb yüksək səs tonu ilə danışan Suriya vətəndaşına türklərin xəbərdarlıq etməsi olub. Xəbərdarlıqdan qəzəblənən Suriya vətəndaşı yaxın dostu ilə birlikdə türkiyəli ata və oğula ov tüfəngindən atəş açıb. Hadisə nəticəsində hər iki türk ölüb. Suriya vətəndaşlarından biri hadisə yerinə gələn polislərlə atışmada ölüb və digəri isə hadisə yerindən qaçıb. Davaya qarışan 5 nəfərin isə bıçaq və silahla yaralandığı üçün xəstənaya yerləşdirildiyi bildirib.
Qeyd edək ki, başverən davadan sonra Qaziantepdə suriyalılarla türklər arasında gərginliyin artdığı bildirilib. Hadisə ilə bağlı yazılı açıqlama yayan Qaziantep valiliyi bölgədə təhlükəsizliyi təmin etmək məqsədi ilə polislərin gücləndirilmiş iş rejimində çalışdığını bildirib.

Baxılıb :1 905
{r-rp} {r-rm}



Digər Xəbərlər
Gündəm
İdman Xəbərləri
Şou-Biznes
Facebook Səhifəmiz
Sizinxeber.Az © 2015-2018 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir. Created by Sizinxeber.Az