16 
Ekm
2023
11:10

“Bu gün Azərbaycan xalqı “Allaha şükür” deyir”

16 Ekm, 2023
11:10
2

“Bu gün Azərbaycan xalqı “Allaha şükür” deyir”

“Bu gün tarixi bir gündür. Bu gün Xankəndinin mərkəzi meydanında Azərbaycan bayrağı qaldırıldı. Bu münasibətlə Azərbaycan xalqını ürəkdən təbrik edirəm”.

“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev Xankəndidə xalqa müraciətində deyib.

“Düz 20 il əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərək, Prezident seçkilərində Prezident vəzifəsinə seçmişdi. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının, Azərbaycan dövlətin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bötövlüyünü qoruyacağam. Konsitutsiyaya və Qurani-Kərimə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində bütün verdiyim vədlər, bütün qarşıma qoyduğum vəzifələr icra edildi.

Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı Allaha şükür deyir. Bu günü 30 ildən çox gözlədik. Ancaq hər birimiz əminəm ki, inanırdıq ki. gələcək” - Prezident deyib.


Bizimlə əlaqə saxlayın