Rusiyada gənc azərbaycanlı faciəvi şəkildə ölüb

Rusiyada gənc azərbaycanlı faciəvi şəkildə ölüb


Rusiyanın Leninqrad vilayətinin Volxovsk rayonunda 24 yaşlı Azərbaycan vətəndaşı bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, hadisə mayın 14-ü səhər saatlarında Vokzalnı küçəsində yerləşən şampan şərabı kombinatında malların boşaldılması zamanı baş verib.
İlkin məlumata görə, o, yük paletini boşaltdıqdan sonra avtokarı anbardan üzü aşağı doğru arxaya verməyə başlayıb. Hansısa məqamda avtokar yana aşmağa başlayıb. Sürücü maşından çıxmağa çalışsa da, bunu bacarmayıb. Onun baş nahiyəsi ağır maşının altında qalaraq əzilib.
Həkimlərin sözlərinə görə, “təcili yardım” maşını gələnədək, o, artıq həyatını itirib.
Mərhumun bir neçə gün əvvəl 24 yaşını qeyd etdiyi bildirilir.
Leninqrad vilayətinin İstintaq Komitəsi faktla bağlı araşdırma aparır.

Baxılıb :390
{r-rp} {r-rm}



Digər Xəbərlər
Gündəm
İdman Xəbərləri
Şou-Biznes
Facebook Səhifəmiz
Sizinxeber.Az © 2015-2018 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir. Created by Sizinxeber.Az