03 
Kas
2023
14:25

“Kontakt” ticarət mərkəzlərindəki ən böyük elektronika mağazasını “Dəniz Mall”da açır

03 Kas, 2023
14:25
0

“Kontakt” ticarət mərkəzlərindəki ən böyük elektronika mağazasını “Dəniz Mall”da açır

“Kontakt” mağazalar şəbəkəsinin sevinc dalğası bu dəfə “Dəniz Mall”a qədər gəlib çatdı. Şəbəkə ticarət mərkəzlərindəki ən böyük elektronika və məişət texnikası mağazası olan “Kontakt Dəniz Mall”un açılışı münasibətilə noyabrın 5-i, saat 17:00-da uşaqdan-böyüyə hamını rəsmi açılış tədbirinə dəvət edir.

Tədbir iştirakçılarını bol əyləncə, musiqi  rəqs çıxışları, sürprizli oyunlar  dəyərli hədiyyələr gözləyir.

GENİŞ ÇEŞİDDƏ MƏHSUL SEÇİMİ İNDİ “DƏNİZ MALL”DA

Ümumi sahəsi 613 kvadratmetr olan mağazada alıcılara rəqəmsal - smartfon, televizor, notbuk, kiçik və böyük məişət əşyalarının, o cümlədən qab-qacaqların ən geniş çeşidi sərfəli nağd, həmçinin kredit imkanları ilə müştərilərə təqdim olunacaq.

Mağazada alış-veriş təcrübənizi yaxşılaşdırmaq üçün müxtəlif brend zonaları, oyun zonası və uşaq zonaları da mövcuddur. Bundan başqa kassa/kredit zonasında növbənizi gözləyərkən Pulsuz “Wi-fi” xidmətindən yararlanıb vaxtınızı səmərəli keçirə bilərsiniz.

AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİM, 18 AYADƏK HİSSƏLİ ALIŞ ŞƏRTLƏRİ

Şəbəkə mağaza ziyarətçilərini əyləncəli proqramlarla yanaşı endirimli kampaniya ilə də sevindirməyi hədəfləyib. Belə ki, hamının noyabrın 14-dək nağd alışda 60%-dək endirimlərdən yararlanma imkanı var. Hissəli alış zamanı isə smartfon  notbukları ilkin ödənişsiz, 12 ay faizsiz, qulaqlıq  smart saatları 18 ay ilkin ödənişsiz, faizsiz, televizor, məişət əşyalarını, qab-qacaqları isə 18 ay ilkin ödənişsiz, faizsiz, həm də komissiyasız şərtlərlə əldə etmək mümkün olacaq.

Odur ki, həftəsonunuzu ən yaxşı şəkildə dəyərləndirmək üçün noyabrın 5-i saat 17:00-da “Dəniz Mall”dakı “Kontakt” mağazasına mütləq baş çəkin!

Ünvan: Səbail rayonu, Neftçilər pr. 108. “Dəniz Mall”un 4-cü mərtəbəsi.

Bizimlə əlaqə saxlayın