05 
Ekm
2023
18:01

AVRO-2024: Azərbaycan - Avstriya oyununun biletləri oktyabrın 6-da satışa çıxarılacaq

05 Ekm, 2023
18:01
1

AVRO-2024: Azərbaycan - Avstriya oyununun biletləri oktyabrın 6-da satışa çıxarılacaq

AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan - Avstriya oyununun biletləri oktyabrın 6-da satışa çıxarılacaq. Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi saytında məlumat yayılıb. 

Qeyd olunub ki, biletlərin qiymətləri və satışa çıxarılacağı ünvanlar artıq müəyyənləşib. Azarkeşlər biletləri “Gənclik Mall”, “28 Mall”, Heydər Əliyev Sarayının kassası, Köşk No1, Köşk No2, 1 Saylı ASAN Xidmət Mərkəzi, 2 Saylı ASAN Xidmət Mərkəzi, 3 Saylı ASAN Xidmət Mərkəzi, 4 Saylı ASAN Xidmət Mərkəzi, 1 Saylı Sumqayıt Regional ASAN Xidmət Mərkəzi və “iticket.az” satış məntəqələrindən əldə edə bilərlər. Biletlərin qiyməti kateqoriyalar üzrə aşağıdakı kimidir: Kateqoriya 1 - 15 manat Kateqoriya 2 - 10 manat Kateqoriya 3 - 5 manat VİP E,F,G,H - 50 manat VİP A, B - 50 manat VİP 31-36 - 50 manat VİP C2, D2 - 30 manat VVİP C, D - 200 manat Qeyd edək ki, oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan - Avstriya oyunu saat 20:00-da başlayacaq.

Bizimlə əlaqə saxlayın