Qəbul imtahanının sualları satılıb? – “Kimdir o müəllim?”

Qəbul imtahanının sualları satılıb? – “Kimdir o müəllim?”


“Nə “bunker” müəllim, nə də kompüterdən sualı çıxaran adam belə qəbul imtahanına hansı sualların düşəcəyini bilə bilməz”.

Bizimyol.info xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru, Dövlət İmtahan Mərkəzinin tarix üzrə seminarının sədri Kərəm Məmmədov deyib. Onun sözlərinə görə, şagird və valideynlər sualları “bunker” adıyla şagirdlərə pulla satan müəllimlərə qətiyyən inanmasınlar:
“Tarix fənni üzrə ekspert mənəm. Kiminsə hansı fənndən hansı sualın düşəcəyini deməsi mümkün deyil. Test bankında 35 mindən çox test var. Heç bir müəllim 35 min testi əzbərləyib uşaqlara yazdıra bilməz. Bu, mümkün deyil və deyilənlər açıq -aşkar böhtandır. Kimdir o “bunker” müəllim?
Birincisi, o adamların “bunker”anlayışından xəbərləri yoxdur. Bunkerə girən müəllimlərin belə suallardan xəbəri olmur. Kənarda qalan adam hardan bilə bilər ki, ora hansı sual düşəcək?”
Ekspert “bunker” anlayışının nə olduğunu da izah edib:
“Hər fənn üzrə 3 müəllim gedir. Bu müəllim sualları tərtib etmirlər! Suallar əvvəlcədən test bankında çap olunur. Bir qismi isə təbii olaraq gizli saxlanılır. Amma əksər hissəsi çap olunur. Bir çox hallarda bir nəfər rus, bir nəfər Azərbaycan bölməsi üzrə, fənnin ağırlığı nəzərə alınaraq göndərilir. Bu adamlar ora gedəndə hər biri ikirəqəmli ədəd deyir. Bu ədədlər əsasında da kompüterdən suallar avtomatik çıxır. O sualları çıxardan adam da belə hansı sualların olduğunu bilmir. Suallar müxtəlif rəqəmlər əsasında çıxarılır. Deyilənlərin hamısı şayiədir. Valideynlər və abituriyentlər bunlara inanmasınlar!
Abituriyentlərə uğurlar arzu edirəm. Onlar bizim gələcəyimizdir. Hər kəs haqq etdiyini qazanacaq. Dövlət İmtahan Mərkəzi şəffaf qurumdur. Gəlib seminarlarımızda da iştirak edə bilərlər”.
Qeyd edək ki, sosial şəbəkələrdə bəzi kursların və müəllimlərin şagirdlərə qəbul imtahanına düşən sualları ödəniş müqabilində satmasına dair məlumatlar paylaşılıb.

Baxılıb :960
{r-rp} {r-rm}



Digər Xəbərlər
Gündəm
İdman Xəbərləri
Şou-Biznes
Facebook Səhifəmiz
Sizinxeber.Az © 2015-2018 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir. Created by Sizinxeber.Az