“Mosbet” və “1xbet” qanunsuz qumar oyunları ölkəmizi narkotikdən betər bəlaya çevirib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
16 
Eyl
2023
22:04

“Mosbet” və “1xbet” qanunsuz qumar oyunları ölkəmizi narkotikdən betər bəlaya çevirib

16 Eyl, 2023
22:04
1

“Mosbet” və “1xbet” qanunsuz qumar oyunları ölkəmizi narkotikdən betər bəlaya çevirib

“Mosbet” və “1xbet” qanunsuz qumar oyunları ölkəmizi narkotikdən betər bəlaya çevirib: 

Ölkədə lisenziyasız fəaliyyət göstərən: “Mosbet”, və “1xbet” mərc oyunları ilə bağlı dəfələrlə cəmiyyətimiz və gəncliyimiz üçün təhlükə olması haqqında məlumat vermişik. Bir zamanlar bu qumar oyununu demək olar ki, ölkəmizdə tanınmış xəbər saytları aylıq yüksək məbləğlər qarşllığında reklam edirdilər. Məsələni ictimailəşdirdikdən sonra hüquq-mühafizə orqanları dərhal hərəkətə keçib, sözügedən xəbər portallarından reklamlar çıxarıldı, bəziləri inzibati qaydada məsuliyyətə cəlb olunaraq, kimisi yüksək məbləğdə cərimələndi, kimlərsə həbs olundu.

Payrul.az xəbər verir ki,  Azərbaycan Respublikasının Milli Məclisi ötən il parlamentdə I və II oxunuşda qanunsuz qumar oyunları ilə bağlı məsələni müzakirəyə çıxararaq İnzibati xətallar məcələsinin 401.1-ci maddəsinə daha ağır bəndlər əlavə edib. Belə ki qumar oyunlarının təşkilinə və ya keçirilməsinə  görə  qumar oyunlarına qoyulmuş pul vəsaitləri və ya digər əmlak, uduş fondu, həmçinin qumar oyunu nəticəsində əldə edilmiş gəlir müsadirə edilməklə fiziki şəxslər beş min manat məbləğdə, vəzifəli şəxslər on min manat məbləğdə, hüquqi şəxslər əlli min manat məbləğdə cərimə edilir. Həmçinin inzibati qaydada həbs nəzərdə tutulur. Bu bəndə qumar və qumar tipli mərc oyunlarının online şəkildə təbliğatını aparan, müxtəlif yollarla reklam edən şəxslərə də şamil olunur. Yeni qəbul olunan qanun lahiyyəsində “qumar oyunları” dedikdə lotereya təşkilatçısı tərəfindən “Lotereyalar haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq  keçirilən lotereyalara şamil olunmur.

Amma çox təəssüflər olsun ki, bu qanunlara demək olar ölkəmizdə tamamilə əməl olunmur, son dövrlər demək olar qanunsuz, online şəkildə qumar mafiyasının reklamları ölkəmizdə açıq-aşkar tüğyan edir. Bu şəxslərə “Gözünün üstündə qaşın var” deyən də yoxdur. Təqdim edəcəyimiz böyük izləyici kütləsi olan səhifələr var ki, “Mosbet” və “1xbet” adlı qumar oyunlarını aylıq 500-1000 manat bəzi hallarda isə 1500-2000 manata rahatlıqla reklam edirlər. Bütün dünyada olduğu kimi ölkəmizdə də iqtisadiyyatın ağır böhran yaşadığı bir dönəmdə bu tipli qumar oyunları adı altında millyonlarla pullar ölkədən kənara çıxarılır. Bu azmış kimi ölkədə rahat şəkildə reklam olunurlar. Bu cür səhifə adminləri yaxud da şəxs və şəxslər kimə güvənir? Bunları kimdir himayə edən?

Əlaqədar dövlət qurumları nədənsə bu qanunsuz fəaliyyətin qarşısını almaq istəmir. Hesab edirik ki, əlaqədar dövlət qurumları artıq ölkədə qanunsuz qumar oyunları keçirən “Mosbet” və “1xbet” barəsində ciddi ölçü götürməlidirlər, qanunsuz mərc oyunları barədə demək olar ki, hər gün yüzlərlə şikayət daxil olur. Artıq Azərbaycanda saysız-hesabsız ailələr, valdeyinlərin narazılığı pik həddədir. Onların övladları, qohumları kütləvi halda narkotikdən də betər bəlaya çevrilən bu oyunlara qurşandığlarını bildirirlər.

Biz bu dəfə hüquq-muhafizə orqanlarına bu qumar oyunlarını “İnstagram” “Facebook” “TİK-TOK" və digər platforma üzərindən reklam edən səhifələrin ekran görüntülərini yayımlayacağıq, hətta xaricdə fəaliyyət göstərən qanunsuz qumar oyunu olan “Mosbet” və “1xbet”in Bakıda da açıq-aşkar əlaltıları var ki, onların da kimliyini adiyyəti qurumlara təqdim etməyə hazırıq. İnanırıq ki, hüquq-mühafizə orqanları araşdırma aparıb, məsələ haqqında ciddi ölçü götürəcək.

Xəbəri hazırladı: Səməndər Niftəliyev

Bizimlə əlaqə saxlayın