“Neftçi” Avropa Liqasında mübarizəyə qələbə ilə başlayıb » Sizinxeber.Az - Azərbaycan Xəbərləri

“Neftçi” Avropa Liqasında mübarizəyə qələbə ilə başlayıb

“Neftçi” Avropa Liqasında mübarizəyə qələbə ilə başlayıb


“Neftçi” klubu Avropa Liqasında mübarizəyə qələbə ilə başlayıb.
Sizinxeber.Az Report-a istinadən xəbər verir ki, “ağ-qaralar” I təsnifat mərhələsinin evdə keçirdikləri ilk matçında Macarıstan “Uypeşt”ini üstələyiblər.
Oyunda hesabı 8-ci dəqiqədə Daniel Naginin qolu ilə qonaqlar açıb. Ancaq Baqali Dabo 24 və 71-ci dəqiqələrdə fərqlənməklə, “Neftçi”ni önə keçirib.
Emin Mahmudov isə 90+2-ci dəqiqədə son nöqtəni qoyub – 3:1.
Qeyd edək ki, Avropa Liqasının bu gün keçirilən digər matçlarında Azərbaycan təmsilçiləri “Qəbələ” və “Keşlə” uduzub. “Qırmızı-qaralar” öz meydanında Lüksemburq “Proqres”inə yenilib – 0:2. Keşləlilər isə Maltada “Baltsam”a 1:4 hesabı ilə məğlub olub.
I təsnifat mərhələsinin cavab oyunları iyulun 19-da keçiriləcək.

Baxılıb :735
{r-rp} {r-rm}



Digər Xəbərlər
Gündəm
İdman Xəbərləri
Şou-Biznes
Facebook Səhifəmiz
Sizinxeber.Az © 2015-2018 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir. Created by Sizinxeber.Az