Alim Nəbiyev finalda erməni idmançıya uduzdu » Sizinxeber.Az - Azərbaycan Xəbərləri

Alim Nəbiyev finalda erməni idmançıya uduzdu

Alim Nəbiyev finalda erməni idmançıya uduzdu


İyunun 2-də Böyük Britaniyanın Birmingem şəhərində peşəkar kikboksçular arasında “Glory 54” turniri keçirilib.
Sizinxeber.Az xəbər verir kiAzərbaycanın və “Qəbələ” idman klubunun kikboksçusu Alim Nəbiyev yarımorta çəki dərəcəsində final döyüşündə Belçikada yaşayan Ermənistan idmançısı Harut Qriqoryanla üz-üzə gəlib.
Beş raundluq döyüşdə hakimlər qələbəni erməni idmançıya verib.
Döyüşdən sonra Qriqoryan etiraf edib ki, diz ilə çox zərbə buraxıb.
Bu, hesabında 49 qələbə və 6 məğlubiyyət olan Alimin peşəkar rinqdə 56-cı döyüşü idi.
A.Nəbiyev finaladək fransalı Cimmi Vienot, hollandiyalı Niki Holsken və Kamerun əsilli fransalı Sedrik Doumbeyə qalib gəlib.//Oxu.az

Baxılıb :1 215
{r-rp} {r-rm}



Digər Xəbərlər
Gündəm
İdman Xəbərləri
Şou-Biznes
Facebook Səhifəmiz
Sizinxeber.Az © 2015-2018 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir. Created by Sizinxeber.Az